Ronaldinyo senator olmaq istəyir

Ronaldinyo senator olmaq istəyir
XƏBƏR 14 Dekabr 2017 / 18:40 2614
-  A +

Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo siyasətə qoşulmaq niyyətindədir.

Qol.az-ın "Football Italia"ya istinadən yaydığı xəbərə görə, veteran futbolçu 2018-ci ildə keçiriləcək Braziliya senatına namizədliyini irəli sürməyə hazırlaşır.

O, Mias-Jerays vilayətindən Sosial-Xristian Partiyasından senata seçilmək istəyir. Ronaldinyo namizədliyini hələ rəsmən açıqlamasa da, Braziliyanın növbəti prezident seçkilərində iştirak edəcək Sosial-Xristian partiyasının rəhbəri Jair Bolsonaronun komandasında sabiq futbolçunun da adı var.

Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illər aralığında oynadığı "Barselona"nın səfiri kimi çalışır.

Son xəbərlər