“5-10 futbolçu ilə ortada qala bilmərəm” – Yunis Hüseynov

“5-10 futbolçu ilə ortada qala bilmərəm” –  Yunis Hüseynov
ÖLKƏ FUTBOLU 14 Dekabr 2017 / 16:00 3670
-  A +

"Oyun barədə nəsə demək çətindir. Çox istəyirdik ki, Avropa Liqasına çıxış üçün ən azı bir ümid yerimiz qalsın. Qış fasiləsindən sonra çıxıb Avroliqa üçün oynayacağımızı desəm, yalan olar. Amma kubok vasitəsi ilə istəyimizə nail ola bilərdik".


Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” ilə cavab görüşündən (2:3) sonra keçirilən mətbuat konfransında Yunis Hüseynov deyib. Məğlubiyyətin ağır olduğunu dilə gətirən mütəxəssis qış fasiləsindən sonra yaxşı heyət düzəltməyə çalışacaqlarını bildirib.


"Bu gün futbolçularımda istək gördüm, istəkli oynadılar. Çalışdılar ki, qələbə qazansınlar, lakin sonda təcrübə öz sözünü dedi. Ona görə də bu gün uduzduq. "Keşlə" komandasına uğurlar arzu edirəm. Bu gündən etibarən tətilə yollanırıq. Çalışacağıq ki, heç olmasa fasilə müddətində komandamızın gücünə nisbətən güc qataq”.


- Kubok sizin üçün sonuncu ümid yeri idi. Lakin futbolçularınız bu işin də öhdəsindən gələ bilmədi. "Qara siyahı"nızda kimlər yer alıb?

- Mən "Kəpəz"i 5-ci oyununa çıxarırdım. Bunlardan ikisi çempionat, 3-ü isə kubok görüşlərinə təsadüf edib. 4 qarşılaşmada uduzmuşuq. Belə götürəndə qalib gəldiyimiz "Binə" matçı da xoşuma gəlməyib. Uşaqlar yaxşı oyun nümayiş etdirməyiblər. Bəli, bütün bunlar reallıqdır. Ancaq həyatda ola biləcək şeydir. Bütün klubların başına gələ bilər və dəyişiklik etmək normaldır. Gedəcək futbolçuların adlarını açıqlasam, çox da yaxşı çıxmaz. Ancaq dəyişiklik olacaq.

- Dəyişiklik hər bir komandada olur. Lakin Yunis Hüseynovun komandası deyilirsə, komandanın 90 faizi dıyişməlidir. Çünki sizin işlədiyiniz klublar və göstərdiyiniz nəticələr göz qabağındadır. Futbolçu tapmaq necə, çətin olmayacaq?

- Bax elə mənim qorxduğum da budur. Düzdür, söz vermişəm, bu komandanı düzəltməliyəm.  Düşünə bilərsiniz ki, hamı vaxt istəyir. Ancaq həqiqətən özünüz də görürsünüz ki, bu "Kəpəz"də çox dəyişiklik olmalıdır. Ancaq birdən-birə bütün heyəti göndərib, 5-10 futbolçu ilə ortada qala bilmərəm. Gecə-gündüz bu işin üstündə işləyirəm ki, "Kəpəz"ə layiqli futbolçu tapım.

- Bu gün Kərim Diniyev zədə ucbatından meydana çıxa bilməmişdi. Bununla belə, ola bilərmi ki, futbolçu atasının gedişindən sonra komandada qalmaq istəməsin?

- Yox, belə bir hal hiss etməmişəm. Kərim peşəkar futbolçudur. Sadəcə, zədəsi olduğu üçün bu matçı buraxmaq məcburiyyətində qaldı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı