“Qarabağ”ın hazırlıq planı məlum oldu

“Qarabağ”ın hazırlıq planı məlum oldu
GÜNDƏM 14 Dekabr 2017 / 11:42 3914
-  A +

“Qarabağ”ın qış fasiləsindəkı hazırlıq planı müəyyənləşib.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, digər klublar kimi “Qarabağ” da bu qış Antalyaya üz tutacaq. Komanda yanvarın 9-da Türkiyəyə yollanacaq.

Qurban Qurbanovun komandası fevralın 4-nə kimi qardaş ölkədə təlim-məşq toplanışında olacaq. 25 günlük hazırlıq prosesi çərçivəsində “Qarabağ”ın 5 və ya 6 yoxlama oyunu keçirəcəyi gözlənilir. Rəqiblər bilinsə də, bəzi detallar dəqiqləşmədiyindən adları hələlik açıqlanmır. İlk yoxlama matçının ayın 17-də keçiriləcəyi nəzərdə tutulub.

Yaxın günlərdə klubdan hazırlıq planı ilə bağlı rəsmi açıqlama veriləcək.

Daha çox


Son xəbərlər