Dino Ndlovu Çində oynaya bilər

Dino Ndlovu Çində oynaya bilər
ÖLKƏ FUTBOLU 14 Dekabr 2017 / 10:04 6368
-  A +

"Qarabağ"ın hücumçusu Dino Ndlovu futbolçu karyerasını Çində davam etdirə bilər.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, Çinin "Hançjou Qrintaun" klubu 27 yaşlı oyunçunu transfer etmək istəyir. Bununla bağlı "Qarabağ"la danışıqlar aparıldığı bildirilib.

Xəbərdə D.Ndlovuya və kluba yaxın olan  adı açıqlanmayan mənbənin goal.com-a məlumatı təsdiqlədiyi yazılıb: "İki klub arasında danışıqlar davam edir. Dinonun özü də Çində oynamaq istəyir".

Cənubi Afrika Respublikası mətbuatı isə "Qarabağ"ın Dinonun satışından  1 milyon avro gəlir əldə etmək istədiyini yazıb. Ancaq qarşı tərəfin 750 min avroluq təklif etdiyi bildirilib.

Xatırladaq ki, bundan əvvəl Rumıniyanın ÇFR klubunun D.Ndlovu ilə maraqlandığı iddia edilib.

Əlavə edək ki,  "Hançjou Qrintaun" Çinin birinci liqasında çıxış edir. Komanda hazırda 36 xalla 9-cu pillədə qərarlaşıb.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı