"Neftçi" və "Keşlə" yarımfinalda

"Neftçi" və "Keşlə" yarımfinalda
ÖLKƏ FUTBOLU 14 Dekabr 2017 / 20:56 15136
-  A +

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın xəbərinə görə, yarımfinalın ilk iştirakçısı Gəncədə məlum olub. Burada "Kəpəz" ilk qarşılaşmada 0:2 hesabı ilə uduzduğu "Keşlə"ni qəbul edib. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə paytaxt təmsilçisi yarımfinala yüksəlib.

Günün digər matçında isə "Neftçi" "Zirə"ni qəbul edib İlk oyunda 0:1 hesabı ilə uduzan "ağ-qaralar" cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adını yazdırıb.

Qeyd edək ki, 1/4 finalın digər matçları sabah keçiriləcək.



14 dekabr (cümə axşamı)

19:00.“Neftçi” –
“Zirə” - 2:0
Qollar:
Uqo Barqas, 37, Mirabdulla Abbasov, 45+2
Qırmızı vərəqə: Yovan Krneta, 90+5 ("Zirə")
İlk oyun - 0:1
Hakimlər
: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
“Bakcell Arena"

13:00.“Kəpəz” – “Keşlə” - 2:3
Qollar:
Mirsahib Abbasov, 34 (0:1), Şəhriyar Rəhimov, 49 (1:1), Kamran Abdullazadə, 79 (2:1), Pərdis Fərcad-Azad, 81 (2:2), Mirsahib Abbasov, 84 (2:3)
İlk oyun - 0:2
Hakimlər:
Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu

 

15 dekabr (cümə)

16:00.“Səbail” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
“Bayıl Arena”

19:00.“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
“Kapital Bank Arena”

 Yarımfinal cütlükləri

"Keşlə" /  “Sumqayıt” – “Qarabağ”

“Neftçi” – "Səbail” – “Qəbələ”


Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki