Braziliya, Argentina və Almaniya - DÇ-2018-in favoritləri

Braziliya, Argentina və Almaniya - DÇ-2018-in favoritləri
DÜNYA FUTBOLU 13 Dekabr 2017 / 13:26 4188
-  A +

Dekabrın 1-də Moskvada, Kremldə keçirilmiş dünya çempionatının püşkatmasından sonra 32 milli komanda 8 qrupa bölündü. Bütün qruplar səviyyəli komandalardan ibarətdir.

Püşkatmadan çox keçmədən, Stakers Sportwetten şirkəti 2018-ci il dünya çempionatı nəticəsinə proqnozu açıqladı. Şirkət Braziliyanı favorit kimi seçdi, ondan sonra siyahıda Argentina və Almaniya yığmaları yer alır. Braziliyanın qələbəsinə şanslar 14.2 faizlə qiymətləndirilir. Analitiklər autsayder kimi Panama (0.7 faiz), Tunis (0.8 faiz) və Mərakeşi (0.5 faiz) göstərib.

Yarışın əsas favoriti olan Braziliya İsveçrə, Kosta-Rika və Serbiyayla birlikdə E qrupunda yer alıb. Braziliyalılar 28 mart 2017-ci ildə Paraqvay üzərində 3:0 hesabılı böyükhesablı qələbə sayəsində mundiala ev sahibliyi edən Rusiyadan sonra vəsiqə qazanan ilk komanda oldular. Final mərhələsində İsveçrəyə qarşı matç beşqat dünya çempionları üçün əsas matç olacaq. Bu görüş 17 iyunda Rostovda keçiriləcək. Eksperlərin proqnozuna görə, matç hər iki komanda üçün həlledici olacaq: həm qələbə baxımından, həm də növbəti mərhələdə hazırkı çempion Almaniya yığmasıyla görüşdən qaçmaq üçün.



Sportwetten versiyasına görə, daha bir favorit Argentina yığmasıdır. Bu komanda  Xorvatiya, Nigeriya və ən kiçik iştirakçı ölkə olan İslandiyayla D qrupunda yer alıb. İnamla demək olar ki, Argentina D qrupundakı bütün komandalar üçün əsl başağrısı olacaq. Eksperlərə görə, Xorvatiyayla oyun ağ-mavilər üçün əsas matç olacaq. Bu görüş 21 iyunda Nijni-Novqorodda keçiriləcək. Komandalar 1998-ci ildən bu yana ilk dəfə üz-üzə görüşəcəklər. 1998-dəki qarşılaşmada 1:0 hesabı ilə Argentinanın xeyrinə qurtarıb. Bundan başqa, “Barselona”nın iki oyunçusu - Lionel Messi və İvan Rakitiçin bir-birinə rəqib olması bu matça əlavə intiriqa qatacaq.

Nəhayət, Almaniya. Hazırkı dünya çempionu F qrupunda Meksika, İsveç və Cənubi Koreya ilə yarışacaq. Qrupda bütün komandalar Almaniya yığması ilə tanışdırlar. Ancaq əsas matç 17 iyun 2018-ci ildə keçiriləcək Meksika- Almaniya görüşü olacaq. Almaniya bundan əvvəl 2017-ci ilin iyun ayında Konfederasiya Kubokunun yarımfinalında Meksikaya qarşı oynayıb. Almanlar həmin görüşdə 4:1 hesabı ilə qalib gəlsələr də, meksikalılar futbol tarixində ən gözəl qollardan birinə imza atdılar.

İndi futbol azarkeşləri, oyunçularla bərabər, səbirsizliklə 2018-ci il dünya çempionatını gözləyirlər.

Xatırladaq ki, bu yarış 2018-ci ilin 14 iyundan 15 iyuluna kimi Rusiyanın 8 şəhərindəki 11 stadionda keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı