“Qarabağ”ın qurbanlarının kəsişməsi”

“Qarabağ”ın qurbanlarının kəsişməsi”
GÜNDƏM 12 Dekabr 2017 / 14:58 4408
-  A +

İspaniya mətbuatı Avropa Liqasının 1/16 final mərhələsində keçiriləcək "Atletiko" - "Kopenhagen" oyunu ilə bağlı yazı dərc edib.

Qol.az-ın məlumatına görə, ispan həmkarlarımız “Qarabağ”ın qurbanlarının kəsişməsi” başlıqlı məqalədə maraqlı məqama toxunublar. Hər iki klubun məhz Ağdam klubuna görə indi ÇL-də yox, qitənin ikinci dərəcəli yarışında üz-üzə gəldiyi vurğulanıb.

İspan nəşri "Qarabağ"ın ilk olaraq pley-offda "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrupa düşdüyünü qeyd edib. Daha sonra bildirilib ki, danimarkalılar kimi "Atletiko"nun da ÇL planlarının üstündən Azərbaycan təmsilçisi xətt çəkib. Komandanın qrupda "Qarabağ"la üzləşəcəyi məlum olduqda hər kəs bu matçlara 3 xallıq yanaşsa da, Ağdam klubu hər iki oyunda heç-heçə (0:0; 1:1) edərək, Simeonenin komandasını Çempionlar Liqasının 1/8 finalından kənar qoyub.

"Mundo Deportivo" məhz bu səbəbdən ÇL-də daimi iştirakçı sayılan "Kopenhagen" və hər dəfə qrupdan çıxmağa alışmış "Atletiko"nun üzləşdiyi arzuolunmaz vəziyyətə görə "Qarabağ"ı "günahlandırıb" və onları Ağdam klubunun qurbanları adlandırıb.

Daha çox


Son xəbərlər