"Barselona" müdafiəçi alır - 9 milyon avroya

"Barselona" müdafiəçi alır - 9 milyon avroya
DÜNYA FUTBOLU 12 Dekabr 2017 / 14:30 4526
-  A +

"Barselona" bu qış heyətinə yeni müdafiəçi cəlb edəcək.

Qol.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, Kataloniya klubu "Palmeyras"ın oyunçusu Yerri Minanı almağa qərar verib. "Barsa" Xavyer Maskeranonun komandadan mümkün gedişi və Samuel Umtitini zədəsi səbəbindən yeni müdafiəçi transfer etməyə ehtiyac duyub.

Klubun bu transfer üçün Braziliya təmsilçisinə 9 milyon avro ödəyəcəyi bildirilib. "Barsa"nın dekabrın sonuna kimi bu keçidlə bağlı bütün məsələləri həll edəcəyi gözlənilir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi