“Rəşad məşqçi kimi tam formalaşıb” – Vaqif Sadıqov

“Rəşad məşqçi kimi tam formalaşıb” – Vaqif Sadıqov
ÖLKƏ FUTBOLU 12 Dekabr 2017 / 12:00 2413
-  A +

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov milli komanda və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun 21 yaşadək futbolçulardan ibarət yığmamıza baş məşqçi təyin olunmasına münasibət bildirib.

O, Qol.az-a açıqlamasında R.Sadıqovun Azərbaycan futboluna yeni nəfəs gətirəcəyinə inandığını söyləyib.

“Təyinat hələ rəsmiləşmədiyindən, bu haqda ətraflı danışmaq istəmirəm. Sadəcə onu deyim ki, mən şəxsən müsbət baxıram. Rəşad “Qarabağ”ın gənclər komandasının da baş məşqçisidir. Düşünürəm ki, o artıq məşqçi kimi tam formalaşıb. Onun təyinatı Azərbaycan futboluna yeni nəfəs, yeni sima gətirəcək. Bu isə öz növbəsində uğurlu nəticələr qazanmağa imkan verəcək. İnanıram ki, Rəşad öz işiylə hər birimizi sevindirəcək”.

V. Sadıqov Rəşadın U-21 yığmasına gətirilməsinin Qurban Qurbanovun şəxsi təşəbbüsü olduğunu bildirib: “Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunduğu gün bildirilmişdi ki, yığmalar vahid mərkəzdən idarə olunacaq. Bu təyinat da Qurban müəllimin şəxsi təşəbbüsü ilə gerçəkləşib. Məşqçilər Komitəsi olaraq bizim işimiz gənc mütəxəssislərə dəstək olmaqdır. Hər bir halda onların yanında olacağıq”.

Qeyd edək ki, Rəşad Sadıqov U-21 yığmasının baş məşqçi təyin olunub. U-19, U-17 və yeni yaradılacaq U-18 millilərinin baş məşqçiləri də müəyyənləşib. Rəsmi açıqlama sabah veriləcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın