"Şehiç bizimlə əlaqə saxlayıb"

"Şehiç bizimlə əlaqə saxlayıb"
GÜNDƏM 12 Dekabr 2017 / 10:51 6649
-  A +

"Qarabağ”ın qapıçısı İbrahim Şehiç UEFA Gənclər Liqasının pley-off mərhələsində "Atletiko”  ilə qarşılaşacaq sabiq klubu Bosniya və Herseqovina "Jelezniçar”ına məsləhət verib.

Qol.az-ın klub.ba-ya istinadən yaydığı xəbə, bu barədə gənclər komandasının baş məşqçisi Omer Yoldiç məlumat verib: "Bizdə yaxşı gənc oyunçular var. Xüsusilə, əsas komandanın 4 üzvü bizə çox kömək edir. Rəqib haqda bütün məlumatı əldə etmək üçün vaxtımız var. Artıq "Qarabağ"ın qapıçısı İbrahim Şehiç bizimlə əlaqə saxlayıb. Çünki "Qarabağ”ın gənclər komandası "Atletiko” ilə bir qrupda yer almışdı. Bosniya və Herseqovinada futbolun təbliği üçün bizə tanınmış rəqib lazımdır".

Qeyd edək ki, İ.Şehiç 2006 - 2011-ci illərdə "Jelezniçar"ın şərəfini qoruyub.

Daha çox


Son xəbərlər