"Qarabağ" göstərdi ki, mümkünsüz heç nə yoxdur"

"Qarabağ" göstərdi ki, mümkünsüz heç nə yoxdur"
GÜNDƏM 12 Dekabr 2017 / 10:30 5224
-  A +

"Kopenhagen"in baş məşqçisi Stalo Solbekken Avropa Liqasının 1/16 final mərhələsində "Atletiko" ilə düşmələrini dəyərləndirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, müsahibəsində "Qarabağ"ın Madrid klubuna qarşı oyununu xatırladıb: "Avropanın ən güclü komandalarından biri ilə qarşılaşacağıq. Hamımız "Qarabağ"ın "Atletiko"ya qarşı necə oynadığını iki dəfə gördük. Buna görə mümkünsüz heç nə yoxdur. Lakin bu, çox çətin olacaq".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə hər iki oyunda heç-heçə (0:0, 1:1) edib.

Daha çox


Son xəbərlər