"Ümid həmişə var" - Vurğun Hüseynov

"Ümid həmişə var" -  Vurğun Hüseynov
GÜNDƏM 12 Dekabr 2017 / 00:35 1675
-  A +

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”a 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyunu şərh edib.


- Həm çempionat, həm də kubok oyununda birinci hissədə öndə oluruq, ikinci yarıda uduzuruq. Biz də qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Düşünürəm ki, 2:1 pis nəticə deyil. Evdə yaxşı mübarizə aparıb, mərhələni keçə bilərik. Bu oyunu analiz edib yaxşı nəticə qazanmaq olar.

- İkinci hissədə niyə oynaya bilmirsiniz?

- Rəqibin təzyiqi artıqca arxada oturmağa məcbur qalırsan. Bu isə bizim oynamağımızdan yox, rəqibin təzyiqindən asılı olan bir şeydir.

- Fərhad Vəliyevin oyunun sonlarında qırmızı vərəqə gördüyü epizod haqda nə deyə bilərsən?

- Ramil Diniyev epizoda yaxın idi. Fikrimcə, qırmızı vərəqə doğru qərar idi.

- Cavab oyunu ərəfəsində əsas qapıçınızı itirdiniz. Fərhadın olmaması işinizi çətinləşdirməyəcək?

- Fərhad bizim əsas qapıçımızdır. Mehdi də pis qapıçı deyil. Düşünürəm ki, Vəliyevi layiqincə əvəzləməyə çalışacaq.

- Səfərdə vurulan bir qol növbəti mərhələyə çıxmaq üçün ümid verirmi?

- Təbii ki, ümid həmişə var. Çalışacağıq ki, bundan maksimum yararlanaq.

Daha çox


Son xəbərlər