"Barselona"ya qarşı 120 faiz hazır olmalıyıq" - Antonio Konte

"Barselona"ya qarşı 120 faiz hazır olmalıyıq" - Antonio Konte
DÜNYA FUTBOLU 11 Dekabr 2017 / 20:01 4540
-  A +

"Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 finalının püşkünü dəyərləndirib.

Qol.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, o, "Barselona" ilə düşmələri ilə bağlı bunları deyib: "Birinci oyunu evdə keçirəcəyik. Bunun bizim üçün üstünlük olub-olmayacağını demək çətindir. "Barselona"ya qarşı 120 faiz hazır olmalıyıq. Çempionlar Liqasında mübarizə priotetimiz olaraq qalır. Biz ancaq "Barselona" ilə oyun vaxtı gələndə bu matç barədə düşünəcəyik".

Qeyd edək ki, "Çelsi" - "Barselona" görüşü gələn il fevralın 20-i keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması martın 14-ü olacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord