“Sərt etiraz etməyimə səbəb bu idi” – Ayxan Abbasov

“Sərt etiraz etməyimə səbəb bu idi” –  Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 10 Dekabr 2017 / 19:15 3134
-  A +

"Maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Zədə səbəbindən bir neçə futbolçu kənarda qalmışdı. Ancaq şans verdiklərim onları layiqincə əvəzlədilər. Cavab oyunundan öncə vaxtımız azdır. Futbolçularıma inanıram. Onların əzmkarlığı məni sevindirir".

Qol.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi”nin bu gün cəmi bir legionerlə meydana çıxması sizi təəccübləndirmədi?

- Bizdə də 4 legioner var idi. "Neftçi”nin futbolçuları millinin üzvləridir. Məncə, legionerləri az olsa da, güclü heyət idi.
 
- "Neftçi”də "Zirə” sindromunun olduğu deyilir…

- Bu barədə düşünmürəm. Belə şeylər mənim üçün adidir. "Qəbələ” ilə oyunlarımız da belə alınır. "Neftçi” ilə bir-birimizə yaxın rəqiblərik. Ola bilsin, buna görə, oyun gərgin keçir.
 
- Tərlan Əhmədov dedi ki, hər şeyə cavab oyununda aydınlıq gələcək…


- Normal qəbul edirəm, mərhələ keçmək istəyirlərsə, qalib gəlməlidirlər.
 
- Komandadan kimlərsə gpndəriləcək? David Manqanın komandadan gedəcəyi deyilir…

- Hələ bir oyunumuz var. Cavab görüşündən sonra fikirləşəcəyik. Hazırda bu barədə düşünməyə vaxtımız yoxdur.

- Sizcə, 1:0 hesablı qələbə növbəti mrhələyə keçmək üçün kifayətdir?

- Bu gün başqa hesab da ola bilərdi. İstənilən halda, hər şeyə cavab oyununda aydınlıq gələcək.
 
- Qış planınız hazırdır?

- Bəli, yaxınlarda bu barədə rəsmi açıqlama olacaq. O ki qaldı transferlərə, bu barədə rəhbərliklə danışacağıq. Ola bilsin, hansısa futbolçu klubundan ayrılsın və onu heyətə cəlb edək. Bizim konkret büdcəmiz var. Bunun əsasında işləyəcəyik. 
 
- "Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli yerdə qaldığı zaman oyunu davam etdirən, lakin sonra topu auta çıxaran Vüsal İsgəndərliyə etiraz etdiniz. Bu etiraza səbəb nə idi: Onun oyunu davam etdirməsi, yoxsa topu çıxarmaması?

- Topu çıxarmamasına etiraz etdim. Həmin epizodda topu "Neftçi”nin oyunçuları çıxarmalı idi. Lakin onlar oyunu davam etdirdilər. Daha sonra Vüsal da topu ələ keçirərək, oyunu davam etdirdi. Rəqib futbolçu çox ciddi zədələnmişdi. Belə epizodda İsgəndərli topu tez çıxarmalı idi. Bir qədər sərt etiraz etməyimə səbəb bu idi. (Sportnet.az)

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı