"Kubok oyunu iki matçdan ibarətdir. Bəzən belə oyunlarda bir qol hər şeyi həll edir. 90 dəqiqə oyuna nəzarət etdik. Lakin qol çatışmadı. Rəqib bir qol vurdu və qalib gəldi. Yaxşı oynadıq. Cütün taleyi bizim meydanda həll olunacaq".
Qol.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- "Neftçi”nin start heyətində cəmi bir legioner var idi. Bu, nə ilə bağlı idi?
- Bu gün yerli oyunçular legionerlərdən heç də geri qalmadılar. Həm də Uqo Barqas son oyunlarda çox aşağı sviyyədə çıxış etdi. Əksinə, Mirabdulla Abbasov son oyunlarda yaxşı təsir bağışlayırdı. O ki qaldı İqnasio Herreraya, onun "Qarabağ”la oyundan sonra zədəsi var idi. Yeni sağalmışdı. Bu gün, ümumiyyətlə, yerli oyunçular legionerlərdən heç bir məqamda geri qalmadılar.
- Belə başa düşdük ki, legionerlərdən narazısınız. Demək olar ki, qışda ciddi dəyişikliklər olacaq?
- Xeyr. Ciddi dəyişiklik olmayacaq. Bəli, legionerlərdən gedənlər olacaq. Lakin bu, geniş formada olmayacaq. Bir dəfə AZAL-da belə etdik, 16 futbolçu gətirdik və sonda bunun acısını çəkdik. Buna görə də qışda ciddi dəyişiklik gözlənilmir.
- Komanda Premyer Liqada da "Zirə”yə qalib gələ bilmir. Bu, futbolçular üzərində təzyiq yaratmamışdı?
- Bəli, hər bir komanda üçün arzuolunmaz rəqib olur. "Zirə” də bizim üçün arzuolunmaz rəqibdir. Ancaq cüt iki oyundan ibarətdir. Rəqib bu gün gözlədiyimiz kimi, əks-hücumdan oynadı. Bizdə isə sadəcə, qol çatışmadı.
- Bu hesabdan sonra şansları neçə faiz dəyərləndirirsiniz?
- Hər şeyə cavab oyununda aydınlıq gələcək.
- Bu gün "Neftçi” üstün olsa da, oyunun taleyini fərdi ustalıq səviyyəsi həll etdi. Lakin sizin komandada oyunu öz üzərinə götürəcək futbolçu yoxdur. Bu barədə rəhbərliklə danışacaqsınız?
- Bəli, bizdə bu cür futbolçu yoxdur. Bu barədə "Qəbələ” ilə oyundan sonra da demişdim. Rəhbərliklə danışmışam. Qışda "Neftçi”nin oyununu gücləndirəcək futbolçu cəlb etmək istəyirik.
- Namiq Ələsgərovun oyunu barədə nə deyə bilərsiniz?
- Son vaxtlar onda geriləmə var. Halbuki, potensialı çox-çox artığına imkan verir. "Qəbələ” ilə oyundan sonra onu tanımaq olmur. Bir qədər qapalı insandır. Danışıb da müəyyənləşdirə bilməmişik. Bəlkə də ailəsində nə isə problem var. Çalışacağıq ki, özü ilə söhbət edib, bu problemi həll edək. (Sportnet.az)
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...
Baş nazir milliinin üzvlərinə orden veriləcəyini açıqladı
"Səbail"in futbolçusu oynadı, milli komandası qalib gəldi
Ronaldo 2,2 milyon dollarlıq "Ferrari"si ilə - Video
"Qarabağ" gürcü futbolçunu təbrik etdi
Kvaratsxeliya ləzginka oynadı - Video
"Mançester Yunayted" avrokuboklardan kənarda qala bilər
Roberto Martinezli Portuqaliya millisində ilk
Benzia millidə gözəl qol vurdu - Video
Gürcülərin tarixi qələbə sevinci - Şəkillər
Avro-2024-ün bütün iştirakçıları - Siyahı
Avro-2024-ün son üç iştirakçısı da bilindi
Türkiyə millisi 6 qolla uduzdu
Gürcüstanın tarixi qələbəsi - Video
Azərbaycan U-21 - Ukrayna U-21 - Şəkillər
Gürcüstan millisi Avro-2024-ün final mərhələsində