Ramiz Məmmədov: “Nostradamus deyilik”

Ramiz Məmmədov: “Nostradamus deyilik”
GÜNDƏM 10 Dekabr 2017 / 16:32 2856
-  A +

“Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov komandasının bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldiyi oyunu şərh edib.

Qol.az-ın xəbərinə görə, matçndan sora keçirilən mətbuat konfransında R.Məmmədov bildirib ki, futbolçuları qələbə qazanmaq üçün bacardıqlarını ediblər.

“Birinci hissədə vacib olan qolları vurduq. “Kəpəz” top saxlamağı sevən komandadı. Futbolçuları bu baxımdan xəbərdar etmişdik. İkinci hissədə rəqibin itiriləsi bir şeyi qalmamışdı. Fasilədən sonra “Kəpəz” bizi müdafiəyə çəkilməyə məcbur etdi. Uşaqlar da ağıllı oynayıb, qapımızın toxunulmazlığını qorudular.
Biz Nostradamus deyilik. Həyatın nəbzini tutub, gedirik. Birdən-birə dəyişikliklər etmək çətindir. Uşaqlar göstərirlər ki, əsas heyətə düşməyə layiqdilər. Əvəzedici heyətdən gələnlər hazır olduqlarını bizə göstərirlər. Kim yaxşı oynayırsa, meydan onundur.

İrəliyə baxmaq lazımdır. Komandamız yavaş-yavaş öz oyununu tapmaq üzrədir. Futbolçularda özünəinam hissi qayıdıb. Bu gün birgə işlədiyim bütün futbolçulara təşəkkür edirəm. Hətta vaxtilə bu komandada oynamış və çalışmış futbolçulara, məşqçilərə də minnətdaram” – deyə R.Məmmədov bildirib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi