"Borussiya"da baş məşqçisi dəyişdi

"Borussiya"da baş məşqçisi dəyişdi
GÜNDƏM 10 Dekabr 2017 / 16:06 4309
-  A +

"Borussiya" (Dortmund) baş məşqçisini dəyişib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı  məlumata görə, ardıcıl 8 oyun davam edən qələbəsizliyin ardından Peter Boş istefaya göndərilib.
 
Hollandiyalı mütəxəssisi "Köln"ün sabiq baş məşqçisi Peter Ştyoger əvəzləyib. Avstriyalı mütəxəssis və köməkçiləri ilə müqavilə 30 iyun 2018-ci ilədək nəzərdə tutulub.
 
Qeyd edək ki, Peter Ştyogerin ilk iş yeri elə "Köln" olub. 51 yaşlı baş məşqçi Bundesliqada 14 oyunluq qələbəsizlikdən sonra qovulub. Peter Boş isə "Borussiya"ya iyundan rəhbərlik edirdi. 54 yaşlı mütəxəssis əvvəllər Hollandiya "Ayaks"ında çalışıb.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"