Ukraynada ilin məşqçisi seçildi

Ukraynada ilin məşqçisi seçildi
XƏBƏR 9 Dekabr 2017 / 15:14 2103
-  A +

Ukraynada ilin ən yaxşı məşqçisi müəyyənləşib.

Qol.az-ın bu ölkənin mətbuatına istinadən yaydığı xəbərə görə, “Şaxtyor”unun çalışdırıcısı Paulu Fonseka 2017-ci ilin ən yaxşısı seçilib.

Onun mükafatlandırılma mərasimi Kiyevdə təşkil olunub.

Qeyd edək ki, Fonseka “Şaxtyor”u 2016-cı ildən çalışdırır. O, bu il Donetsk təmsilçisi ilə Ukraynada hər üç mükafata sahib çıxıb. Həmçinin, “Şaxtyor” Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər