Topaz Premyer Liqanın 4-cü turundan təxirə salınmış görüşdə “Qarabağ”a 0:2 hesabı ilə uduzan “Səbail”in müdafiəçisi Maudo Jarjue Qol.az saytına müsahibə verib. Qvineya-Bisaulu futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Çox ağır oyun oldu. Uğursuz çıxış etdik və uduzduq. Qarşıda “Qəbələ” ilə kubok oyunları var. Bütün diqqətimizi həmin matçlara yönəltməli və ciddi hazırlaşmalıyıq. Çünki növbəti mərhələyə çıxmaq istəyirik.
- “Səbail”in hücum xəttində çıxış edən futbolçular xeyli qol imkanını boşa verdi...
- Bəli, “Qarabağ” kimi komandayla oyunda bir çox qol epizodu yaratsaq da, dəyərləndirə bilmədik. Komandadakı çatışmazlıqları bilirik. Hər məşqdə bunun üzərində işləyirik. Hələ də bəzi problemlər qalır. Deməli, daha çox çalışmalıyıq.
- Səncə, hücumçularınıza qol vurmaq üçün təcrübə, yoxsa səviyyə mane oldu?
- Səviyyə deməzdim. Çünki hamısı yaxşı futbolçulardır. Sadəcə, bəzilərimiz təcrübəsizik. Bunu aradan qaldırmaq üçün üzərimizdə çox işləməliyik.
- Səbəb olduğun penalti epizodu haqda nə deyə bilərsən?
- Rəqib futbolçu yaxın məsafədən zərbə endirdi. Özümdən asılı olmayaraq, topu əlimlə tutdum. Hakim də penalti nöqtəsini göstərdi.
- Artıq çempionatda birinci dövrə başa çatdı. Komandanın çıxışını necə dəyərləndirirsən?
- Bilirsiniz ki, biz birinci diviziondan Premyer Liqaya gəlmişik. “Səbail” yeni yaranmış komandadır. Buna baxmayaraq, çempionatda bir neçə qələbəmiz var. Qarşıda bizi ikinci hissə gözləyir. Daha çox çalışıb, daha yaxşı yerlərə gələ bilərik.
- Bəzi futbolçuların qış fasiləsində “Səbail”dən gedəcəyi gözlənilir. Özünü gedənlərin, yoxsa komandada qalanların arasında görürsən?
- Mənim klubla yaya qədər müqaviləm var. Ona görə də getmək barədə düşünmürəm. Əsas məqsədim fasilədə yaxşı hazırlıq keçib, komandama kömək etməkdir.
Elnur SALAHOV
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın