Nazarovdan qol ötürməsi

Nazarovdan qol ötürməsi
XƏBƏR 9 Dekabr 2017 / 00:05 2291
-  A +

Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Aue” doğma meydanda “Darmştadt”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. Komandasının yeganə qolunun ötürməsini də Nazarov verib.

Qeyd edək ki, “Aue” 22 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı