“Neftçi”nin kapitanı Ruslan Abışov Qol.az saytına müsahibə verib. Komandanın Topaz Premyer Liqasının birinci dövrəsindəki çıxışını dəyərləndirən təcrübəli müdafiəçi “Zirə” ilə ölkə kubokunun 1/4 final mərhələsində keçiriləcək görüşlərə də toxunub.
- “Neftçi” çempionatın birinci hissəsini 16 xalla 5-ci pillədə tamamladı. Kapitan kimi, komandanın çıxışını necə dəyərləndirirsən?
- Çox uğursuz çıxış etdik. Məğlubiyyətlərimiz çox oldu, az xal topladıq. Hazırda layiq olduğumuz yerdə deyilik. Yanvar toplanışında yaxşı hazırlıq keçib, ikinci hissəyə daha uğurlu başlamaq istəyirik.
- Tərlan Əhmədovun gəlişindən sonra ardıcıl qələbələr qazansanız da, iddialılarla oyunlarda məğlub oldunuz. Bu, “Neftçi”nin hələ həmin rəqiblər səviyyəsində olmadığından qaynaqlanır, yoxsa arxayınlıqdan?
- Ardıcıl qələbələr komandaya özünəinamı qaytardı. Amma əsas rəqiblərdən xal ala bilmədik. “Qəbələ” və “Zirə” ilə oyunlarda yaxşı çıxış etdik. Məğlub olmamalı idik. “Qarabağ”la görüşün isə ikinci hissəsini yaxşı keçirdik. “Qarabağ” Çempionlar Liqasında oynamış komandadır. Onların gücündən danışmağa ehtiyac yoxdur. Amma “Qəbələ” və “Zirə” kimi komandaları məğlub edə bilərdik. Bunlar hamısı keçmişdə qaldı. Bunlardan dərs çıxarıb, mövsümün qalan hissəsinə daha yaxşı hazırlaşmalıyıq.
- Necə düşünürsən, “Neftçi”nin əvvəlki əzəmətini qaytarmağa hələ çox var?
- Hər şey qış fasiləsindəki transferlərdən asılıdır. Komanda güclənməlidir.Yəqin ki, klub rəhbərliyi, baş məşqçimiz bununla bağlı ölçü götürüblər. Görək, qışdan sonra komandada hansı dəyişikliklər olacaq. Bundan sonra fikir bildirmək olar.
- Qarşıda “Zirə” ilə kubok oyunları var. İndiyə qədər məğlub edə bilmədiyiniz rəqiblə qarşılaşacaqsınız...
- Bizim üçün çox vacib oyunlardır. Çünki çempionluq barədə danışmaq yersizdir. Mövsümü ən azı kubokla başa vurmaq istəyirik. Buna görə də ölkə kubokunda vargücümüzlə mübarizə aparacağıq. “Zirə”yə çətin rəqib deməzdim. Sadəcə, bizim üçün arzuolunmaz komandadır. Bizə çətinlik yaradırlar. İnanıram ki, kubokda bu tilsimi qırarıq və istədiyimizi əldə edərik.
- Son olaraq, Nizami Hacıyevlə Mirhüseyn Seyidovun məlum məsələlərə görə futboldan ömürlük kənarlaşdırılmasına münasibətini bilmək istərdim...
- Açığı, bu barədə eşidəndə şoka düşdüm. Həm Mirhüseyni, həm də Nizamini yaxşı tanıyıram. Bir yerdə çıxış etmişik. Hər ikisinin xarakterini yaxşı bilirəm. İnanmıram ki, belə bir hərəkət etsinlər. Ona görə də fikir bildirmək çox çətindir.
Elnur SALAHOV
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"
Romario karyerasını bərpa etdi
Futbolçu oyun zamanı infarkt keçirdi, dünyasını dəyişdi
Azərbaycan millisinin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
Mbappe İbrahimoviç və Şevçenkoya çatdı
Luis Enrike: "Mbappe əvvəldən sona qədər əsl lider idi"
"Azərbaycanda rəqibləri topu "Qarabağ"dan ala bilmirlər"
"Daha deyəcək bir şey yoxdur" - Simeone
"Hakim hər şeyi məhv etdi" - Xavi
“Borussiya”dan möhtəşəm geridönüş, Simeone çökdü - Video
PSJ “Barselona”nı nokauta saldı - Video
ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi
"Milan" onunla müqaviləni uzatdı
Asiya Çempionlar Liqasının oyunu təxirə salındı
"Cəbrayıl" 3 qolla qalib gəldi - Video
"Millidə görüləsi işlər çoxdur" - Vitali Borisov
Azərbaycan futzal millisi Gürcüstana yenə uduzdu
Cavid İmamverdiyev poker etdi - Video
"Cəbrayıl" və "Kür-Araz"dan səfər qələbəsi
"Real"a çox hörmət edirik, amma qorxmuruq" - Qvardiola