Ronaldo 5-ci dəfə “Qızıl top”a sahib çıxdı

Ronaldo 5-ci dəfə “Qızıl top”a sahib çıxdı
GÜNDƏM 8 Dekabr 2017 / 00:22 4805
-  A +

“Real”ın və Portuqaliya millisinin üzvü Kriştianu Ronaldo 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

Qol.az xəbər verir ki, Ronaldo “France Football”ın təsis etdiyi “Qızıl top”a 5-ci dəfə sahib çıxıb. Bununla da portuqaliyalı ulduz bu göstərici ilə Lionel Messiyə çatıb.

Ronaldo daha əvvəl 2008, 2013, 2014 və 2016-cı illərdə “Qızıl top”u qazanıb.

Ronaldo 2016/17 mövsümündə Çempionlar Liqasının, La Liqanın, Klublarası dünya çempionatının, UEFA Superkubokunun və İspaniya Kubokunun qalibi olub.

O, 12 qolla çempionlar ÇL-in, 4 topla Klublararası dünya çempionatının bombardiri adına sahib çıxıb.

Qeyd edək ki, ikinci yeri Messi, üçüncü yeri Neymar, dördüncü yeri isə Buffon tutub.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı