Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
UEFA "Qəbələ"nin oyununun yerini dəyişdi

Yazarlar
 Moskva küçələrindən qeydlər
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
Qazaxıstan - Azərbaycan - Şəkillər
Top 5
İspaniya ilə Portuqaliyadan qələbə, Uruqvay və Rusiya 1/8 finalda
Fransa və Xorvatiya 1/8 finalda, Argentina şokda
Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi
"Qarabağ"ın oyununun vaxtı dəyişdi - UEFA-dan yeni qərar
Levandovskiyə ilk təsəllini öpüşlə verdilər - Şəkillər
Linklər
525ci Qəzet

“Peşəkar məşqçi belə söz deməməlidir” - Samir Əliyev
A A A

[07.12.2017]
“Peşəkar məşqçi belə söz deməməlidir” - <b style="color:red">Samir Əliyev</b>

“Səbail”in baş məşqçisi Samir Əliyev Qol.az saytına müsahibə verib. Komandasının çempionatın birinci hissəsindəki çıxışını dəyərləndirən gənc mütəxəssis digər məqamlara da toxunub.

- Sabah Topaz Premyer Liqanın 4-cü turundan təxirə salınmış görüşdə “Qarabağ”la qarşılaşacaqsınız.

- Oyuna yüksək əhval-ruhiyyə ilə hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Sonadək vuruşacağıq. Çalışacağıq ki, azarkeşlər oyundan həzz alsınlar. Təxirə salınmış oyundur. Yəqin ki, hamının diqqəti bu matçda olacaq. İstəyirik ki, darıxdırıcı matç olmasın.

- “Qarabağ” “Roma” ilə ağır oyundan çıxıb. Eyni zamanda, uzaq səfərdən qayıdan komandada adətən yorğunluq da olur. Bu amili “Səbail” üçün üstünlük saymaq olar?

- “Qarabağ” artıq neçə ildir, avrokubokların qruplarında oynayır. Komanda belə şeylərə öyrəşib. Hər halda yorğunluq olacaq. Amma heyətlərində oyunun taleyini həll edə bilən başqa futbolçular da var. “Qarabağ”ın ehtiyat qüvvəsi güclüdür.

- Fasilə öncəsi Premyer Liqada son oyununuzu keçirəcəksiniz. Çempionatın birinci hissəsini necə xarakterizə edərdiniz?

- Açığı, hələ qarşıdakı oyunları fikirləşirik. Bilirsiniz ki, “Qarabağ”la görüşdən əlavə, 2 kubok matçımız da var. Həmin oyunlardan sonra oturub səhifələri vərəqləyəcəyik ki, 5-6 ay müddətində hansı işləri görmüşük. Nəyi düz, nəyi səhv etmişik. Ümumi baxanda, pis deyil. Düzdür, hazırda nəticə bizim üçün çox önəmli sayılmır. Əsas odur ki, növbəti mövsüm üçün yaxşı komanda formalaşdıraq.

- Yaxşı komanda formalaşdırmaq üçün yaxşı futbolçular lazımdır. Fasilədə komandaya yeni futbolçular cəlb olunacaqmı?

- Düz vurğuladınız. Yaxşı oyunçular üçün də yaxşı maliyyə lazımdır. Bu mövsüm üçün bizim müəyyən bir büdcəmiz var. Mövsümün əvvəlində yetərincə futbolçu götürmüşük. Komanda təzə yığılanda saya üstünlük verirdik. Artıq keyfiyyəti fikirləşirik. Düzdür, qışda futbolçu götürmək bir az çətin olur. Ancaq çalışacağıq ki, yaxşı futbolçularla heyəti gücləndirək.

- Yəqin ki, maraq dairənizdə olan, danışıq apardığınız oyunçular var...

- Əlbəttə, var.


- Ad çəkə bilərsiniz?

- Yox, hələ tezdir. Rəsmiləşəndən sonra biləcəksiniz.

- Komandadan gedənlər olacaqmı?

- Bəzi futbolçular var ki, onlara şans verə bilmədik. İstərdik ki, onlar gedib başqa komandalarda oynasınlar. Bizdə ehtiyatda oturmasınlar. Kimlərin gedəcəyi təxmini bilinir. Amma qarşıda oyunlar olduğundan, indidən nəsə açıqlamağın düz çıxmaz.

- Bəs təlim-məşq proqramı necə, hazırdır?

- Bəli, hazırdır. Rəhbərlik tərəfindən bizə hər cür dəstək var. Toplanış Antalyada olacaq. Artıq köməkçi məşqçilərdən birini ora göndərmişik. Bir neçə variantımız var idi. Artıq seçimimiz etmişik. Planımız da hazırdır. Yanvar ayının 19-da Türkiyəyə yollanacağıq. 12 günlük hazırlıq prosesi nəzərdə tutulub. 4 yoxlama oyunu keçirəcəyik. Rəqiblər var, amma hələ konkret cavab deməmişik. Danışıqlar gedir. Dekabrın 15-nə kimi hər şey açıqlanacaq. İndi fikrimiz qarşıdakı 3 oyundadır.

- Son sualım fərqli mövzuda olacaq. Bir neçə gün öncə Emin Quliyev mətbuata müsahibəsində belə bir cümlə işlətmişdi ki, vaxtı ilə oyun satanlar indi məşqçi işləyirlər. Sizin bu fikirlərə münasibətinizi bilmək maraqlı olardı...

- Mən bilmirəm, o, kimləri nəzərdə tutur. Nə deyim? Məncə, düzgün fikir deyil Çünki nəsə deyirsə, gərək, adını da açıqlasın. Peşəkar məşqçi mətbuata belə bir söz deməməlidir. Emin Quliyev məşqçidir, A kateqoriyası da var. İstəyir ki, daha da qabağa getsin. Həmkarımızdır, bir yerdə futbol oynamışıq. Ola bilsin, əsəbi olub. O da istəyər ki, Premyer Liqa və ya birinci dəstədə baş məşqçi olsun. Bəlkə də sırf bu baxımdan emosiyalarına sahib ola bilməyib və belə bir söz işlədib. Məncə, düzgün fikir deyil.

Elnur SALAHOV

2810 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
21.06.2018  14:46 "Neftçi"nin legionerləri bazaya buraxılmadı - qalmaqal
21.06.2018  12:32 "Qarabağ" ötən illə müqayisədə indi daha zəifdir" - Sloveniya mətbuatı
21.06.2018  09:47 “Baltsan”ın “Neftçi”ni udması bizi qorxutmur” – Fuad Bayramov
20.06.2018  17:15 Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri bilindi - "Sevilya" da var
20.06.2018  14:38 “Qəbələ”dən püşkə münasibət
20.06.2018  14:15 Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi
20.06.2018  13:16 "Qarabağ"ın oyununun vaxtı dəyişdi - UEFA-dan yeni qərar
20.06.2018  11:39 “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik” – "Olimpiya”nın baş məşqçisi
20.06.2018  00:58 “Bu matçlara yaxşı hazırlaşacağıq” - Aqolli
19.06.2018  18:47 Rəşad Sadıqov püşkü dəyərləndirdi
19.06.2018  15:08 "Bizə ən çətin və gözlənilməz rəqib düşdü” - Qurban Qurbanov
19.06.2018  14:50 "Qarabağ" keçilməz rəqib deyil" - "Olimpiya"nın kapitanı
19.06.2018  14:10 "Qarabağ"ın rəqibi müəyyənləşdi
18.06.2018  21:18 "Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi - Çempionlar Liqası
18.06.2018  15:55 İtaliya klubu "Qarabağ"dan nə qədər pul istəyib?
18.06.2018  14:09 "Bu, "Neftçi" rəhbərliyinin fikridir, mənim müqaviləm var" - Kampaz
17.06.2018  15:57 "Qəbələ"yə borcum var, onu qaytarmağa çalışacağam" - video
16.06.2018  18:18 Albaniya millisinin üzvü "Qəbələ"də
16.06.2018  14:05 Klublarımız dünya reytinqində neçəncidir?
15.06.2018  16:03 "Qarabağ" və "Qəbələ" Polşa çempionatında oynasaydı..." - Jezniçak
 
 
  22.06.18
03:00
  Braziliya Kosta-Rikaya, Nigeriya İslandiyaya, Serbiya İsveçrəyə qarşı - Yenilənir
02:28
  “Bilirdik ki, pressinqimiz Argentinanın müdafiəsini dağıda bilər” – Zlatko Daliç
01:50
  "Argentinanı əvvəlki vaxtlarına qaytara biləcək futbolçular tapmamışıq" - Sampaoli
01:12
  "Proqres" haqda çox düşünməməliyik" - İlqar Qurbanov
00:45
  Messiyə yaraşmayan göstərici
00:35
  Xorvatiyadan Argentinaya 3 qol - Video
00:20
  Fransa belə mərhələ adladı - Video
00:10
  Kapitan oyunun ən yaxşısı seçildi
00:01
  Mbappe Fransa futbolunun tarixinə düşdü
  21.06.18
23:51
  Fransa və Xorvatiya 1/8 finalda, Argentina şokda
23:00
  Danimarka - Avstraliya oyununda 2 qol - Video
22:24
  "Qrupdan çıxmaq üçün hər şeyi etdik” - Deşam
21:32
  Argentina - Xorvatiya: heyətlər
21:06
  DÇ-2018-lə vidalaşan 4-cü komanda oldular
20:17
  "Qarabağ" Avstriya toplanışına start verdi - Şəkillər
19:15
  Eriksen ən yaxşı oyunçu seçildi
18:35
  Fransa - Peru: heyətlər açıqlandı
18:25
  "Qarabağ"ın Avstriyadakı ilk oyununun saatı bilindi
18:15
  Hamann Özilin müdafiəsinə qalxdı: "Ondan əl çəkin"
17:32
  Fred rəsmən "Mançester Yunayted"də
17:12
  Ölkədən qaçdığı deyilən "Xəzər"in prezidenti saxlanıldı
16:43
  Amrabat Ronaldodan forma istəyən hakim haqda: "Bura sirk deyil"
16:09
  Kuper istefaya göndərilir
15:29
  Belçika millisinin zədəli futbolçusu sağaldı
15:11
  Danimarka - Avstraliya: start heyətlər
15:02
  Dele Alli Panamaya qarşı oynamaya bilər
14:46
  "Neftçi"nin legionerləri bazaya buraxılmadı - qalmaqal
14:23
  "Messi dünya kubokuna görə ağlayır"
14:10
  Rusiya millisinin üzvləri mükafatlandırıldı
13:50
  UEFA "Qəbələ"nin oyununun yerini dəyişdi
13:24
  Emre Can "Yuventus"da
13:15
  Şehiç "Ərzurumspor"a yox, başqa kluba keçir - iddia
13:01
  İranlı qadınların stadiona girişinə icazə verildi - 39 il sonra
12:47
  Sabahkı oyunların hakim təyinatları - DÇ-2018
12:32
  "Qarabağ" ötən illə müqayisədə indi daha zəifdir" - Sloveniya mətbuatı
12:03
  DÇ-2018-in oyunları Etopaz-da
11:44
  Buffon Parisdə ev axtarır
11:30
  "Avroliqaya vəsiqə qazanıbsa, deməli, zəif rəqib deyil" - Maksimov
11:03
  "Keçi saqqalı mənə uğur gətirir" - Ronaldo
10:42
  DÇ-2018-in oyunlarını göstərəcək kanallar - siyahı
10:15
  Laribi "Qarabağ"da oynamaq istəmir
09:47
  “Baltsan”ın “Neftçi”ni udması bizi qorxutmur” – Fuad Bayramov
01:59
  “Messini qaydalar çərçivəsində dayandırmalıyıq”
01:43
  “Nəticə məni təəccübləndirdi” - Suares
01:26
  1 dünya çempionatında 4 qol vuran ikinci portuqaliyalı
01:07
  İran - İspaniya - Şəkillər
00:58
  "Qəbələ" Sloveniya toplanışına start verdi
00:31
  Dieqo Kosta ən yaxşı seçildi
00:15
  İspaniyanın qalib gəldiyi oyun - Video
00:00
  Pike 13-cü oldu
  20.06.18
23:55
  İspaniya ilə Portuqaliyadan qələbə, Uruqvay və Rusiya 1/8 finalda
23:00
  "Özümüzü əsas favoritlər sırasında görməməliyik"- Oskar Tabares
22:13
  Uruqvay - Səudiyyə Ərəbistanı - Video
21:43
  Suares 100-cü oyununda rekord qırdı
21:18
  İran - İspaniya: heyətlər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore