"Məndə bəzi şeylər alınmır" - Pərdis Fərcad-Azad

"Məndə bəzi şeylər alınmır" - Pərdis Fərcad-Azad
MÜSAHİBƏ 29 Noyabr 2017 / 19:52 4437
-  A +

"Keşlə"nin futbolçusu Pərdis Fərcad-Azad Azərbaycan kubokunun 1/8 finalında MOİK-ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.az saytının suallarını cavablandırıb.

 - Oyunla bağlı fikirlərini bilmək istərdim.

- Əsas odur ki, qələbə qazandıq. Yaxşı və ya pis oynasaq belə, qələbə vacib idi.

-Topu itirən zaman azarkeşlər tərəfindən reaksiya olurdu. Bir epizodda da boş qapıya gözlədin, vurmadın. Ümumiyyətlə, son dövrlər bir narazılıqlar var. Fikirləşirlər ki, komandada rəqabət azdır deyə bir az rahat oynayırsan. Bu fikirlərə münasibətini bilmək istərdim.

- Mən öz işimi görürəm. Məşqlərdə çalışıram. Elə vaxt olur ki, alınmır. Ancaq inşallah yaxşı olacaq. Qolların ardı gələcək. Buna inanıram.

-Əvvəlki Fərcadı görmürük.

- İnşallah, gələn oyunlarda görəcəksiniz.

- "Keşlə" ilə müqavilənin müddəti nə vaxt başa çatır ?

- Yayda.

- Nə fikirləşirsən, qalacaqsan, yoxsa gedəcəksən?

- Yaxşı oynasam da, bəzi şeylər alınmır. Bu, özümdən asılı deyil. Komanda da oynamalıdır. "Neftçi" və "Zirə" ilə matçlarda yaxşı oynadım. Müqaviləmin müddəti başa çatana qədər burada qalacam.

- Topaz Premyer Liqanın növbəti turunda "Qəbələ" ilə qarşılaşacaqsınız. Bu görüşlə bağlı nə deyə bilərsən ?

- "Qəbələ" ilə matç çətin olacaq. Qələbə qazanmağa çalışacağıq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər