"Qəbələ" və "Neftçi"dən qələbə

"Qəbələ" və "Neftçi"dən qələbə
PREMYER LİQA 25 Noyabr 2017 / 18:53 15942
-  A +

Bu gün Topaz Premyer Liqada 13-cü tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

Turun açılış matçı Gəncədə olub. Burada "Kəpəz" "Qəbələ"ni qəbul edib. Autsayder "Kəpəz" yeni baş məşqçi Yunis Hüseynovun rəhbərliyi alıtnda ilk oyunda ağır məğlubiyyətlə üzləşib - 1:6.

Digər qarşılaşmada isə "Neftçi" son vaxtlar yaxşı günlərini yaşamayan "Keşlə"ni qəbul edib. "Neftçi" ardıcıl 2, "Keşlə" isə 6 oyundur məğlub olurdu. Bugünkü görüşdə isə meydan sahibləri qələbə qazanıb - 3:1. 



25 noyabr (şənbə)

“Neftçi” – “Keşlə” - 3:1
Qol:
Mirabdulla Abbasov, 34 (1:0), İqnasio Herrera, 51 (2:0), Adrian Skarlatake, 69 (2:1), Ruslan Abışov, 89 (3:1)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev
 “Bakcell Arena”

"Kəpəz” – “Qəbələ” - 1:6
Qollar:
Baqali Dabo, 1 (0:1), Stiven Monroz, 14 (0:2), Fomussa Kane, 40 (0:3), Baqali Dabo, 52 (0:4),  Kərim Diniyev, 56-pen. (1:4), Ruslan Qurbanov, 65 (1:5), Famussa Kane, 78 (1:6)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov
Gəncə şəhər stadionu

26 noyabr (bazar)

16:00.“Sumqayıt” – “Səbail”
Hakimlər:
Rəhim Həsənov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rəvan Həmzəzadə
 “Kapital Bank Arena”

18:00.“Zirə” – “Qarabağ”
Hakimlər:
Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 11 9 1 1 19-4 28
2 Qəbələ 13 9 1 3 25-14 28
3 Zirə 12 8 3 1 20-8 27
4 Neftçi 13 5 1 7 17-15 16
5 Sumqayıt 12 5 1 6 14-17 16
6 Səbail 11 4 0 7 9:18 12
7 Keşlə 13 2 2 9 9:21 8
8 Kəpəz 13 2 1 1 10:27 7

Bombardirlər
Baqali Dabo ("Qəbələ) - 8 qol
Mahir Mədətov ("Qarabağ") - 5 qol
Amil Yunanov ("Sumqayıt") - 5 qol
Riçard Qadze ("Zirə") - 5 qol


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın