“Mənə Azərbaycanda oynamaq xoşdur” – Filip Ozobiç

“Mənə Azərbaycanda oynamaq xoşdur” – <b style="color:red"> Filip Ozobiç</b>
MÜSAHİBƏ 24 Noyabr 2017 / 16:50 3831
-  A +

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç Qol.az saytına müsahibə verib. Xorvatiyalı futbolçu komandasının çıxışından tutmuş həmyerlisi Robert Prosineçkinin millimizdən ayrılmasına kimi – bir çox maraqlı məqamlardan söz açıb.

- Zədədən sonra özünü necə hiss edirsən?

- İndi hər şey yaxşıdır. Komanda ilə məşqlərimi edirəm. Heç bir ağrım yoxdur.


- Topaz Premyer Liqasının 12-ci turunun “Neftçi” ilə oyunun iştirak ərizəsində adın olsa da, Roman Qriqorçuk səni meydana buraxmadı.

- Cəmi 3 gün idi ki, komanda ilə məşqlərə başlamışdım. Baş məşqçi isə meydana 100 faiz hazır olan futbolçuları buraxır. Məncə, oynamamağım normal haldır.

- “Neftçi” ilə oyundan söz düşmüşkən, məğlub durumdaykən geridönüş etdiniz və sonda qələbə qazandınız. Kənardan oyun necə görünürdü?

- Hə, maraqlı oyun oldu. Hər iki komanda hücum futbolu sərgilədi. Möhtəşəm geridönüş etdik və vacib qələbə qazandıq.

- “Qəbələ” 12 turdan sonra 25 xalla 3-cü pillədədir. Komandanın çıxışını qənaətbəxş sayırsan?

- Əlbəttə, bu gün biz də birinci pillədə olmaq istərdik. Reallıq budur ki, hazırda 3-cüyük. Amma çempionatın sonuna qədər hələ çox oyun var. Mövsümün sonunda hər şeyə aydınlıq gələcək. Turnir cədvəlində ilk iki yeri “Qarabağ” və “Zirə” turur. “Qarabağ”ın gücünü hamı bilir. “Zirə” də sərgilədiyi oyunla sübut edir ki, yaxşı komandadır.

- Sabah Gəncədə “Kəpəz”in qonağı olacaqsınız. Bir neçə gün öncə bu komandada baş məşqçi dəyişikliyi olub. Adətən yeni baş məşqçi gələndə özünü sübut etməyə çalışır. Bu mənada qarşıdakı səfər matçının ağır olacağını düşünürsən?

- Əlbəttə, “Kəpəz” çox ciddi rəqibdir. Yaxşı oyun göstərib, qələbə qazanmalıyıq. Yeni baş məşqçinin gəlişindən xəbərim var. Tək o deyil, həm də futbolçular özlərini sübut etməyə çalışacaqlar.

- Səni meydanda görə biləcəyik?

- Bilmirəm, baş məşqçi hələ kimin oynayacağını açıqlamayıb. Hər bir futbolçu kimi mən də ilk dəqiqələrdən meydanda olmaq istəyirəm.

- Həmyerlin Robert Prosineçki Azərbaycan milli komandasından ayrıldı. Onun qərarını necə qarşıladın?

- Prosineçki Azərbaycan millisi üçün yaxşı işlər gördü. Ancaq sonda ayrılmaq qərarına gəldi. Açığı, bunu normal qarşıladım. Yəqin ki, başqa planları var.



- Prosineçkinin gedişindən sonra milli komanda Qurban Qurbanova tapşırıldı. Onun təyinatı haqda nə düşünürsən?

- O, artıq özünü yaxşı məşqçi kimi sübut edib. “Qarabağ” Çempionlar Liqasında çıxış edən ilk Azərbaycan klubudur. Məncə, Qurbanovun təyinatı düzgün qərardır. O, bütün futbolçuları tanıyır və kimin necə oynadığını yaxşı bilir.

- Bir müddət öncə Xorvatiya mətbuatına müsahibəndə bildirmişdin ki, Azərbaycan vətəndaşlığı almaq istəyirsən. Həqiqətən belə bir istəyin var?

- Mən demişəm ki, Azərbaycan vətəndaşlığı almaq üçün 5 il bu ölkədə oynamalısan. Hazırda isə bu haqda danışmaq tezdir.

- Sənə bunu kimsə təklif edib?

- Heç kim. Sadəcə, jurnalist sualı bu cür qoymuşdu.
 
- Bəs Azərbaycan millisində oynamaq istərdinmi?

- Dedim axı, bunun üçün 5 il burada olmalıyam. İndidən bu barədə danışmaq çox tezdir.

- “Qəbələ” ilə yayda başa çatacaq müqavilənin müddətinin uzadılacağını söyləmisən. Bu məsələ nə yerdədir?

- Mənə Azərbaycanda oynamaq xoşdur. Klubumuzun rəsmisi Zaur Əzizov menecerimlə əlaqə saxlayıb. Yeni müqavilənin detalları haqda ilkin danışıqlar olub. Amma hələlik imzalar atılmayıb.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər
14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq

14.12.18  13:52

"Dəli"nin 28-ci klubu

14.12.18  01:11

14 tur, 18 futbolçu