"Oyundan sonra Qurban Qurbanov əsəbi deyildi" - Dino

"Oyundan sonra Qurban Qurbanov əsəbi deyildi" - Dino
ÖLKƏ FUTBOLU 23 Noyabr 2017 / 11:29 3978
-  A +

“İlk 20 dəqiqədə yaxşı oynadıq. Hakim bir səhvi ilə hər şeyi alt-üst elədi. Ancaq mən buna görə kiməsə nifrət etmirəm. Çünki bu futboldur. Belə şeylər olur. Nə edə bilərik? “Çelsi” ilə oyun bizim üçün yaxşı təcrübə oldu. Bir səhv hər şeyi dəyişsə də, bu futboldur”.

Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında “Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib.

Görüşün baş hakimi Manuel de Souzanın 19-cu dəqiqədə Rəşad Sadıqova qırmızı vərəqə göstərib, Ağdam klubunun qapısına penalti təyin etməsinə münasibət bildirən Cənubi afrikalı forvard referinin qərarını heç cür anlamadığını söyləyib: “Hakimlərin niyə belə etdiklərini bilmirəm. Çünki mən FİFA Hakimlər Komitəsinin rəsmisi deyiləm. Bu, mənim problemim deyil. Çempionlar Liqasında keçirdiyimiz son 3 oyunda qırmızı vərəqə görmüşük. Bilmirəm, niyə belə edirlər. Bəlkə bizim kiçik klub olduğumuzu düşünürlər? Belə şeylər mənə pis təsir edir. Oyundan sonra Qurban Qurbanov hakimin qərarı ilə bağlı heç nə demədi. Heç əsəbi də deyildi. Biz bu barədə sabah danışacağıq. Paltardəyişmə otağında Rəşadı da gördüm. O da heç bir söz demədi”.

Ndlovu artıq “Qarabağ” üçün avrokuboklarda mübarizə başa çatdığını bildirib: “Roma”da bizə çox çətin olacaq. Demək olar ki, hər şey bitdi. Amma nə etmək olar?!”.

Daha çox


Son xəbərlər