UEFA "Real"ın futbolçusuna qarşı intizam işi açdı

UEFA "Real"ın futbolçusuna qarşı intizam işi açdı
XƏBƏR 22 Noyabr 2017 / 18:15 3343
-  A +

UEFA "Real"ın futbolçusu Daniel Karvaxala qarşı intizam işi açıb.

Qol.az-ın qrumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ispaniyalı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə lə oyunda bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir.

Qeyd edək ki, "Real"ən 6:0 hesabı ilə qalib gəldiyi görüşün 90-cı dəqiqəsində Karvaxal vaxtı uzatdığı üçün sarı vərəqə alıb. Bununla da cəzalı duruma düşən  25 yaşlı müdafiəçi qrup mərhələsinin son turunda "Borussiya" (Dortmund) ilə qarşılaşmanı buraxacaq. Belə olan halda o, 1/8 final mərhələsində iştirak edə biləcək.

UEFA məsələyə dekabrın 7-də baxılacağını açıqlayıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı