“Çelsi”dən xal almaq ideal olardı" - Miçel

“Çelsi”dən xal almaq ideal olardı" -  Miçel
ÖLKƏ FUTBOLU 22 Noyabr 2017 / 15:40 3266
-  A +

"Qrupda oynadığımız rəqiblərin səviyyəsini bilirik. Hamısı Avropanın böyük klublarıdır".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel Madera "Marca"ya açıqlamasında deyib.

İspaniyalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə bu gün keçiriləcək oyun haqda fikirlərini bildirib. O, çətin qrupa düşdüklərini deməklə yanaşı şanslarının qaldığını da vurğulayıb:
"Rəqiblərimizin güclü olmasına baxmayaraq, biz də nəsə etməliyik. Yaxşı nəticələr qazanamaq istəyirik. Şansımızın az olduğunu bilirik. Üçüncü yeri tutmağımız çox çətindir. Bunun üçün "Çelsi"dən xal almalıyıq".

"Çelsi" ilə Londonda keçirilən matça (0:6) da toxunan Miçel bu dəfə rəqibin işinin asan olmayacığını vurğulayıb: “Stemford Bric”dəki oyuna görə çox əsəbiləşdik. O, bir qəza idi. Bu dəfə evdə oynayırıq. İndi bizi məğlub etmək asan olmayacaq. Çempionlar Liqasında məqsədimizə çatmışıq. Hətta daha irəli gedib bu cür qrupda xallar qazana bildik. “Çelsi”dən xal almaq ideal olardı".

Daha çox


Son xəbərlər