"Qarabağ" şansını itirdi, "Çelsi" növbəti mərhələdə - Gənclər Liqası

"Qarabağ" şansını itirdi,  "Çelsi" növbəti mərhələdə - Gənclər Liqası
XƏBƏR 22 Noyabr 2017 / 16:47 11248
-  A +

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində 5-ci turun oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası Bakıda “Çelsi” ilə qarşılaşıb.

Ötən turda səfərdə "Atletiko”ya qalib gələrək (1:0) sürpriz nəticəyə imza atan "Qarabağ" qrup lideri ilə görüşdən məğlub ayrılıb - 1:3. Bununla da "Çelsi" növbəti mərhələyə yüksəlib. "Qarabağ" isə qrupdan çıxmaq şansını itirib.

Qeyd edək ki, qrupun digər oyununda "Atletiko" "Roma"nı qəbul edəcək.




22 noyabr

UEFA Gənclər Liqası, 5-ci tur

C qrupu

15:00. Qarabağ (Azərbaycan) - Çelsi (İngiltərə) - 1:3
Qol:
Yaroslav Deda, 50 (1:0), Taylor, 61-pen. (1:1), Braun, 70 (1:2), Corc Makİçran, 77 (1:3)
Baş hakim: Alper Ulusoy
Baş hakimin köməkçiləri: Mehmet Emin Tuğral, Deniz Caner Özaral (hamısı Türkiyə)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
Bakı. “Azərsun Arena”


1.

Çelsi

5

4

0

1

13: 3

12

2.

Atletiko

4

2

0

2

8: 6

6

3.

Roma

4

2

0

2

5: 4

6

4.

Qarabağ

5

1

0

4

3:16

3




Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı