Alleqridən futbolçularına çağırış – “Panikaya düşməyin”

Alleqridən futbolçularına çağırış – “Panikaya düşməyin”
DÜNYA FUTBOLU 21 Noyabr 2017 / 15:51 3402
-  A +

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 5-ci turunda “Barselona” ilə oyun ərəfəsində komandasının ümumi iclasını keçirib.

Qol.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis futbolçularını matçın gedişatından asılı olmayaraq, panikaya düşməməyə çağırıb.

Xatırladaq ki, “Yuvetus” A seriyasının ötən həftə keçirilən 13-cü turunda “Sampdoriya”ya 2:3 hesabı ilə uduzub.

Əlavə edək ki, “Yuventus” – “Barselona” görüşü noyabrın 22-də keçiriləcək. Bu komandaların qrupdakı ilk matçında Kataloniya təmsilçisi qalib gəlib – 3:0.


Son xəbərlər