Prosineçki “Şturm”da?

Prosineçki “Şturm”da?
XƏBƏR 21 Noyabr 2017 / 15:26 3767
-  A +

Milli komandamızın hazırkı baş məşqçisi Robert Prosineçki ilə bağlı yeni iddialar yayılıb.

Qol.az-ın Xorvatiya mətbuatına istinadən yaydığı xəbərə görə, Xorvatiya mətbuatı 48 yaşlı mütəxəssisin Avstriyanın “Şturm” klubu ilə danışıqlar apardığını yazıb.

Qeyd edək ki, “Zalsburq”a son məğlubiyyətdən sonra “Şturm” baş məşqçisi ilə yolları ayırıb. Boş qalan vəzifəyə əsas namizədlər sırasında Prosineçkinin də adı hallanır.

Bildirilir ki, Prosineçkinin alman dilini bilməsini “Şturm” rəhbərliyi əlavə üstünlük sayır. O, bu dildə futbolçularla rahat danışa bilər.

Əlavə edək ki, xorvatiyalı mütəxəssisin AFFA ilə müqaviləsi dekabrın əvvəli başa çatır. Bundan sonra milliyə Qurban Qurbanov rəhbərlik edəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı