Millimiz Kosovoya uduzdu

Millimiz Kosovoya uduzdu
XƏBƏR 21 Noyabr 2017 / 14:41 1958
-  A +

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - “Mercedes Benz” Egey kubokunda bu gün ikinci oyununu keçirib.

Qol.az-ın məlumatına görə, komandamız Kosovo ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz ilk matçda Albaniyaya 1:0 hesabı ilə qalib gəlmişdi. Yığmamız növbəti oyununu noyabrın 23-ü Türkiyəyə qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı