“Təzyiq altında “Qarabağ” yox, “Çelsi” olmalıdır” – Ndlovu

“Təzyiq altında “Qarabağ” yox, “Çelsi” olmalıdır” – Ndlovu
ÖLKƏ FUTBOLU 21 Noyabr 2017 / 14:17 4192
-  A +

"Qarabağ"ın futbolçusu Dino Ndlovu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Çelsi" ilə matç öncəsi keçirilən mətbuat konfransında iştirak edib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyunla bağlı fikirlərini bildirib.

- Komadada hamı bilir ki, "Çelsi" ilə oyun vacibdir. Rəqibə hörmət edirik. İlk oyunda əsl gücümüzü göstərə bilməmişdik. Sabah bütün gücümüzlə mübarizə aparacağıq.

- Qrupda üçüncü yeri tutmaq fikri komandada təzyiq yaradırmı?

- Hər zaman növbəti oyuna köklənirik. Biz təzyiq altında deyilik. Rəqibin növbəti mərhələyə yüksəlmək şansı var, təzyiq altında onlar olmalıdırlar. Sabah üçüncülük uğrunda mübarizə aparacağıq. Alınmasa, növbəti mövsümü düşünəcəyik.

- Premyer Liqada yaxşı oyun nümayiş etdirirsən. Bəs sabah Olimpiya stadionunda da azarkeşləri sevindirə biləcəksənmi?

- Əsas məqsədimiz xal və ya xallar qazanmaqdır. Hər birimiz bu məsələdə komandaya kömək etməyə çalışırıq.

Daha çox


Son xəbərlər