"Qarabağ"a qarşı oynamayacaq

"Qarabağ"a qarşı oynamayacaq
GÜNDƏM 21 Noyabr 2017 / 12:07 3093
-  A +

"Çelsi"nin futbolçusu Viktor Mozes Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la səfər oyununu buraxacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, tibbi  müayinədən keçən nigeriyalı yarımmüdafiəçinin Ağdam klubu ilə matça tam hazır olmadığı məlum olub. Buna görə komandanın baş məşqçisi Antonio Konte sabahkı görüşdə V.Mozesə şans verməyəcək.

Qeyd edək ki, V.Mozes Premyer Liqada "Kristal Pelas"a qarşı oyunda zədələnib. O, komanda ilə ümumi məşqlərdə iştirak edir.

Əlavə edək ki, "Qarabağ" - "Çelsi" matçı sabah saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki