İbrahimoviçin hegemonluğuna son qoydu

İbrahimoviçin hegemonluğuna son qoydu
DÜNYA FUTBOLU 21 Noyabr 2017 / 10:52 4887
-  A +

İsveçdə 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın İsveç Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, İsveç millisinin və "Krasnodar"ın müdafiəçisi Andreas Qrankvist bu ilin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, 2007-ci ildən 2016-cı ilə qədər bu mükafatı "Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç qazanırdı. O, martda ciddi zədə alıb və məşqlərə yeni başlayıb.

Əlavə edək ki, Z.İbrahimoviçin yığmadakı karyerasını başa vurmasından sonra millinin kapitanı A.Qrankvist seçilib. O, milli komandada 69 oyunda 6 qol vurub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı