"Qrizmannın yanındayam" - Simeone

"Qrizmannın yanındayam" - Simeone
XƏBƏR 20 Noyabr 2017 / 19:20 2735
-  A +

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone futbolçusu Antuan Qrizmannın Madrid derbisində fitə basılmasına münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbər görə, o, bununla bağlı deyib: "Bir insan mənim ailəmin içində olduğu müddətdə ölənə qədər onunlayam. Qrizmann da "Atletiko"nun oyunçusu olmağa davam edənə qədər onun yanındayam. İndiyə kimi belə olmuşam. 50 yaşımdan sonra dəyişməyəcəm. Komandada hər kəs özünü göstərməlidir, təkcə Qrizmann yox".

Qeyd edək ki, bu mövsüm La Liqada 10 oyunda cəmi 2 qol vuran A.Qrizmann "Real"la matçın 76-cı dəqiqəsində Fernando Torreslə əvəzlənib. Fransalı hücumçu meydanı tərk edən zaman azarkeşlər tərəfindən fitə basılıb.

Daha çox


Son xəbərlər