"Qəbələ" "Neftçi"yə qalib gəldi - əvəzedicilərin çempionatı

"Qəbələ" "Neftçi"yə qalib gəldi -  əvəzedicilərin çempionatı
XƏBƏR 20 Noyabr 2017 / 17:50 1618
-  A +

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XII turun oyunlarına yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə bir görüş keçirilib.

Səfərdə “Neftçi” ilə qarşılaşan “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib.

Bununla da xalını 31-ə çatdıran bölgə təmsilçisi liderliyini möhkəmləndirib. “Zirə” ilə “Səbail” 21 xalla 2-ci, 3-cü yerləri bölüşdürür.

20 noyabr

“Neftçi” – “Qəbələ” – 0:1
Qol
: Roman Hüseynov, 21

Daha çox


Son xəbərlər