İtaliyada gözlənilən istefa – rəsmi

İtaliyada gözlənilən istefa –  rəsmi
XƏBƏR 20 Noyabr 2017 / 16:30 3160
-  A +

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio istefa verib.
 
Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, buna qurumun bugün keçirilən iclasında qərar verilib.

74 yaşlı funksionerin istefaya göndərilməsinə səbəb İtaliya millisinin DÇ-2018-dən kənarda qalması olub.

Tavekkionu keçmiş hakim Pyerluici Kollinanın əvəzləyəcəyi gözllənilir. Bununla bağlı qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, İtaliya millisi pley-offda İsveçə uduzmaqla (0:1) son 60 ildə ilk dəfə dünya çempionatından kənarda qalıb.

Daha çox


Son xəbərlər