“Çelsi”yə məğlubiyyətə görə qovuldu

“Çelsi”yə məğlubiyyətə görə qovuldu
XƏBƏR 20 Noyabr 2017 / 16:00 2718
-  A +

İngiltərənin “Vest Bromviç” klubu baş məşqçisi Toni Pulislə yolları ayırıb.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Premyer Liqanın son turunda evdə “Çesli” ilə keçirilən oyunda qeydə alınan 0:4 hesablı məğlubiyyət klub rəhbərliyinin Pulisi göndərməsi ilə nəticələnib.

“Vest Bromviç” hazırda 10 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Toni Pulis 2015-ci ildən “Vest Bromviç”i çalışdırırdı.

Daha çox


Son xəbərlər