Ramos APOEL-lə oyunu buraxacaq

Ramos APOEL-lə oyunu buraxacaq
XƏBƏR 20 Noyabr 2017 / 15:06 1805
-  A +

“Real"ın kapitanı Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə keçiriləcək oyunda iştirak etməyəcək.

Qol.az-ın klubun rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, La Liqanın 12-ci turunda “Atletiko” ilə oyunda burnundan zədələnən müdafiəçi Kiprə yollanacaq heyətdə yer almayıb.

Baş məşqçi Zinəddin Zidan təcrübəli futbolçuya istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, APOEL – “Real” oyunu noyabrın 21-də keçiriləcək.

Daha çox


Son xəbərlər