"Qarabağ" - "Çelsi": hakimlər müəyyənləşdi

"Qarabağ" - "Çelsi":  hakimlər müəyyənləşdi
ÖLKƏ FUTBOLU 20 Noyabr 2017 / 14:17 5550
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı portuqaliyalı hakimlər briqadası idarə edəcək.
 
Görüşün baş hakimi Manuel De Souza olacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Fabio Verissimo və Luis Migel Branko Qodinyo isə əlavə hakim köməkçiləri funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, noyabrın 22-də Olimpiya stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər