UEFA 6 klubumuza pul ayırdı

UEFA 6 klubumuza pul ayırdı
XƏBƏR 20 Noyabr 2017 / 14:01 4422
-  A +

UEFA Azərbaycan klublarına maliyyə yardımı edib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qitə futbol qurumu Premyer Liqada çıxış edən 6 komandaya pul ayırıb.

2016/17-ci il  mövsümünü əhatə edən  UEFA-nın “Həmrəylik ödəmələri və  uşaq futbolunun inkişafı” proqramı çərçivəsində  həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılan maliyyə  vəsaiti AFFA-nın vasitəçiliyi ilə aşağıdakı cədvələ uyğun olaraq köçürülüb.

“Zirə”, “Keşlə”, “Sumqayıt”, AZAL, “Neftçi” və “Kəpəz”in hər birinə 71 min 53 avro ödənilib.
 
Qeyd: “Kəpəz” və “Keşlə” (sabiq “İnter”) üçün nəzərdə tutulmuş vəsait klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.

Daha çox


Son xəbərlər