“Qarabağ”la oyunda bizə qələbə lazımdır” – Qari Keyhill

“Qarabağ”la oyunda bizə qələbə lazımdır” –  Qari Keyhill
GÜNDƏM 20 Noyabr 2017 / 13:05 2852
-  A +

“Romadakı böyükhesablı məğlubiyyət (0:3) bizim üçün dönüş nöqtəsi oldu. Həmin oyundan sonra “Mançester Yunayted”ə qalib gəldik. Çempionatın son 4 turunu qələbə ilə başa vurmuşuq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin kapitanı Qari Keyhill Premyer Liqanın son turunda “Vest Bromviç”ə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İtaliyada “Roma”ya böyükhesablı məğlubiyyətin komandası üçün qəbuledilməz olduğunu vurğulayan futbolçu noyabrın 22-də Bakı Olimpiya Stadionunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı da danışıb:

“Artıq Çempionlar Liqası haqda düşünmək olar. Bizim üçün vacib turnirdir. Qarşıda “Qarabağ”la çətin oyunumuz var. Hər şey öz əlimizdədir. Bakıda bizə qələbə lazımdır. Özümüzə güvənməliyik”.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu saat 21:00-da start götürəcək.

Daha çox


Son xəbərlər