"Qəbələ" idmançılarından 11 medal

"Qəbələ" idmançılarından 11 medal
XƏBƏR 20 Noyabr 2017 / 11:10 928
-  A +

“Qəbələ” İdman Klubunun təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Qəbələ Open” beynəlxalq birinciliyinə yekun vurulub.

Qol.az-ın məlumatına görə,  Qəbələ Olimpiya İdman Kompleksində keçirilən yarışda Türkiyə, Rusiya, İraq, Gürcüstan təmsilçiləri, həmçinin ölkəmizin regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri, taekvondo bölmələri və klublardan 500-dən artıq idmançı qüvvəsini sınayıb.

Üç gün davam edən yarışda 2006-2007-ci il və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparıblar.

Yarış ərzində ümumilikdə 49 dəst medal sahibini tapıb. Komanda hesabında “Tofiq İsmayılov” 1-ci, Ağcabədi 2-ci, “Təhsil” 3-cü, “Rabitə” 4-cü yeri tutub. “Qəbələ” idmançıları yarışda 11 medal qazanıblar. Onlar 2 qızıl, 2 gümüş və 7 bürünc əldə ediblər. Anar İbrahimov və Eltac Qafarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Ramal Hüseynovla Əbülfət Zülfüqarov gümüş, Fərid Quliyev, İlkin Əhmədov, Tehran Ümidxanov, Nicat Əzizli, Ülvi Musayev, Fuad Aslanlı, Dadaş Dadaşov bürünc medala yiyələnib.

Mənbə: Gabalafc.az

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı