Millimizin sabiq üzvü Almaniyada dubl etdi

Millimizin sabiq üzvü Almaniyada dubl etdi
XƏBƏR 20 Noyabr 2017 / 09:45 3120
-  A +

Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Berlin təmsilçisi 15-ci turda “Lok Leyptsiq”i qəbul edib. Görüş “Dinamo”nun 3:1 hesabı qələbəsi ilə başa çatıb.

Qollardan ikisini Rüfət Dadaşov vurub. Bu, Dadaşovun mövsümdə 12-ci qoludur.

“Dinamo” hazırda 29 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış eidb və 16 oyunda 4 qol vurub.


Son xəbərlər