“Qəbələ”nin qələbə qolunun müəllifi danışdı

“Qəbələ”nin qələbə qolunun müəllifi danışdı
ÖLKƏ FUTBOLU 19 Noyabr 2017 / 21:37 2769
-  A +

“Qəbələ”nin fransalı hücumçusu Stiven Monroz Topaz Premyer Liqasının XII turunda “Neftçi”yə 3:2 hesabı iləqalib gəldikləri səfər matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, 27 yaşlı forvard əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb.

- Çox yaxşı oyun keçirdik. “Neftçi” güclü komandadır. Oyunun əvvələrində rəqib daha yaxşı təsir bağışlayırdı. Amma irəliləyən dəqiqələrdə oyunun axarını dəyişə bildik. Nəticədə qələbə qazandıq. İnanıram ki, bundan sonra əsas heyətdə daha çox oynayacam.

- Uzun müddətdir zədəli olduğundan əsas heyətdən kənarda qalmısan. Hazırda özünü necə hiss edirsən?

- Qəbələdə “Səbail”ə qalib gəldiyimiz oyunda ayağımda ağrılar hiss etdim. Amma çempionatda bundan əvvəl yaranmış fasilə zədəmi sağaltmaq baxımından mənə çox kömək oldu. Daha çox işləməyə başladım. İndi özümü yaxşı hiss edirəm. Məşqlərdə əlimdən gələni edirəm ki, start heyətdə yer alım.

- Oyunda son nöqtəni qoydun və komandana qələbə qazandırdın. Vurduğun qol da kifayət qədər baxımlı alındı...

- Rəqibin iki oyunçusu arxamca qaçırdı. Qarşımda isə bir müdafiəçi var idi. Onu da keçəndən sonra qol vurdum. Son dəqiqələrdə vurmağım və komandama qələbə qazandırmağım qolu daha da gözəlləşdirdi.

- 2 turdan sonra çempionatda uzun fasilə yaranacaq. O vaxt nə etməyi düşünürsən?

- Ailəmin yanına gedəcəyəm. Onlara daha çox vaxt ayırmağa çalışacağam.

Daha çox


Son xəbərlər