"Neftçi" - "Qəbələ": 41-ci duel

"Neftçi" - "Qəbələ": 41-ci duel
XƏBƏR 19 Noyabr 2017 / 13:03 4072
-  A +

“Neftçi” ilə “Qəbələ” arasında bu gün keçiriləcək Topaz Premyer Liqanın oyunu iki komanda arasında 41-ci qarşılaşma olacaq.

İlk dəfə 2006-cı il sentyabrın 30-da görüşən “Qəbələ” və “Neftçi” indiyədək 40 dəfə üz-üzə gəlib. Bunlardan 37-si Premyer Liqa, 3-ü isə Azərbaycan kuboku çərçivəsində keçirilib.

İndiyə qədər baş tutan matçlarda “Qəbələ” 14, “Neftçi” 15 dəfə qalib gəlib. “Qırmızı-qaralar” səfərdən 3 xalla dönsə, qələbə sayında tarazlıq yaranacaq. Rəqiblər 11 dəfə meydandan bərabərliklə ayrılıblar. Top fərqində isə üstünlük “Qəbələ”nin tərəfindədir. 50 qol vuran komandamız 49 top buraxıb. “Bakcell Arena”da vurulacaq ilk qol duellərdə yubiley – 100-cü olacaq.

Əvvəlki 40 oyunda “Qəbələ”nin ən yaxşı bombardiri Dodonun hesabında 4 qol var. Aleksey Qay, Baqali Dabo, Lorentso Ebesilio və Yannik Kamanan hərəyə 3 dəfə fərqlənib.

Ölkə kuboku çərçivəsində keçirilən bütün qarşılaşmaların əsas və əlavə vaxtında eyni – 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu üzdən çempionatda da oyunların balansı ciddi dəyişikliyə uğramayıb. Klublar bütün qələbələrini Premyer Liqada əldə edib və 8 heç-heçə ilə ayrılıblar. Premyer Liqada “qırmızı-qaralar” 47 qol vurub və 46-nı buraxıblar.  Kubokda iki dəfə penaltilər seriyası zərurəti yaranıb ki, onların da nəticəsi ümumi balansda nəzərə alınmayıb.

“Qəbələ” rəqib meydanında keçirdiyi 19 matçda 7 dəfə 3 xal əldə edib və eyni sayda məğlubiyyətə üzülüb. Bu matçlardan beşində qalib müəyyənləşməyib. Səfərdə 24 qola sevinən komandamız öz qapısında 22 top görüb.

Mənbə: “Qəbələ”nin rəsmi saytı

Daha çox


Son xəbərlər