“Qarabağ”a qalib gəlsəydik, tənqid edilməcəyəkdi” – Xuanfran

“Qarabağ”a qalib gəlsəydik, tənqid edilməcəyəkdi” – Xuanfran
GÜNDƏM 19 Noyabr 2017 / 11:10 4738
-  A +

“Atletiko”nun müdafiəçisi Xuanfran komanda yoldaşı, son vaxtlar tez-tez tənqid edilən Antuan Qrizmanna dəstək olub.

Qol.az-ın xəbərinə görə, dünən La Liqanın 12-ci turunda “Real”la matçdan (0:0) o, jurnalistlərə deyib ki, fransalı hücumçuya dəstək olmaz lazımdır:

“O, “Atletiko”ya çox kömək edib. Son vaxtlar qol vura bilmirsə, deməli, biz komanda yoldaşları ona kömək etməliyik. Əgər “Vilyarreal” və “Qarabağ”a qalib gəlsəydik, onun başının üzərində qara buludlar dolanmaz, tənqid edilməzdi”.

Xuanfran komandasının Çempionlar Liqasındakı qrupdan çıxmaq şanslarına da toxunub: “Gələn həftə “Roma”ya qalib gəlsək, bizim şanslarımız hələ də qalacaq. Son turda isə səfərdə “Çelsi” ilə görüşəcəyik. Qalib gəlməkdən başqa çarəmiz yoxdur”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord