Kintana yenə zədələndi

Kintana yenə zədələndi
XƏBƏR 17 Noyabr 2017 / 20:42 5517
-  A +

"Qarabağ"ın futbolçusu Dani Kintana yenidən zədələnib.

Qol.az-ın məlumatına görə, o, Topaz Premyer Liqanın 12-ci turunda "Sumqayıt"a qarşı matçın 80-ci dəqiqəsində rəqib futbolçu ilə mübarizə zamanı zədə alıb. Bu səbəbdən o, Donald Gerrye ilə məcburi əvəzlənib.

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" görüşü Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əlavə edək ki, D.Kintana zədəsini bir müddət əvvəl sağaltmışdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki